sponsorlu bağlantılar
Tahir Talibli
Tahir Talibli Şiirleri
Bir qız bir oqlan

axira catacaq bu sohbət, bu söz,
sonra tərəddüdlər yetəcək sona
bir vaxt urəində qaraltdiqin köz
çətinki alişa,çətinki yana

qeybətlər sönəcək sevgimiz kimi,
sənin yaddasinda nə qalacaq,nə?
ala gozlərində buz salximlanib,
sinəmdə çatdiqin bu od-ocaq nə?

piyada qalmisam,yolum izim qar,
qarsima atdiqin qayadi sənin,
dunya siqallayar xumarlandirar,
bir gundə sirkələr oyadar səni

soyuq kulklər də elə əsərki,
arada nə savas nədə barişiq,
bir zaman ayrilib gorəcəksənki,
ureyin bomboşdu basin qarisiq

bir sevgi təzədən bir furset gəzər,
kecilən yollari qayitmaq olmaz.
nə qədər xatire kor murgudədi,
dəymə.........xatalidi,oyatmaq olmaz

bir gunahsiz sevgi,eh....təşnə yaniq,
sonra ayilarsan,sonra gec olar,
bir oqlan yasayir ureyi siniq.,
bir qizda təəssuflə sacini yolur.


Tahir Talibli

YAZA BİLMƏDİYİM ŞERLƏR


göre bilmədiyim adamlardi
görüşə gecikdiyim qizlardi
çata bilmədiyim arzulardi
bütöv bir omurdu
yaza bilmədiyim şeirlər


Tahir Talibli

S o h b ə t
Mənim göruləsi çox isim qalIb,
Başımdan aşıbdı ev qaygılarım
Neçə uzaq uzaq səfərim qalib
Uqrunda ölməli görüşum qalıb

Yanımdan keçəmməz havayı ad-san,
ələ ələyində,qovur sacInda
Uzaq nagıllardan gələn isıqsan
Mən də ki,qalmışam yol ayrıcında

Hələ gorüləsi çox isim qalıb
Hələ neçısi də düşüb baş ayaq
Vaxt olub bir misra yazmamışam
Bütöv bir gecəni qalsam da oyaq

Xəcalət gətirir soyugu yaşın
Ozu də müdriklik vaxtına cəkIr
Hələ şerlər var yazmamışam
Qəlbimdə nisgilli agrIlar yatır

Gördün ki,quruyam,susuzam,daşam
Elə axsam səhər mohnət ver mənə
Dolu urəyimi boşaltmamışam,
Bir azca səbr,möhnət ver mənə

Boynumdan günahım asIlan kimi,
Sinəmdə ürəyim qorsuz ocaqdı
Təzə şerlərim yazılan kimi
Köhnə günahların yuyulacaqdı

Hələ ki,əlində bir gur cıragın
Həm də ki, ay ürək, yanar çagın var
Ya yol gedə gedə ulduz olmagın,
Ya da bir qəfləti uduzmaqın var

Yanından ötəmməz havayı ad san
ələ ələyində,qovur sacında
Uzaq nagIllardan gəLən isiqsan
Mən də ki, qalmışam yol ayrIcInda


Tahir Talibli

Bakının yazı

Bakının bahara çıxan cagıydı,
qızların yndırıb yaxan çagıydı,
sevgimin kükrəyib agan çagıydı,
məni dəli etdi Bakının yazı,

dünyada hamının birdi umudu,
qış öz gözlərini yaza yumurdu,
qızlar söz umurdu,sevgi umurdu
məni silkələdi,Bakının yazı,

qəlbimdə bir ilıq yaz havasıydı,
söyüd tumurcugu çırtdayasıydı,
ürəyim sevincdən partdayasıydı,
məni xumarlandırdı Bakının yazı,

Ünvan Üzeyirbəy küçəsi idi,
enişdən-yoxuşdan keçəsi idim,
mən də milyonlardan bircəsi idim,
get,hec qorxma,- dedi Bakının yazı….

Tahir Talibli

Ürək bilər

Baglayıb açanı sənsən,
kilidi,açarı sənsən,
bilmirəm haçandı sənsən,
bu həyatın başbiləni,

yüz biləni çaşdırıbdı,
söz biləni çaşdırıbdı,
düz biləni çaşdırıbdı,
bir xəlvətin çaş biləni,

meh titrədər,yarpaq bilməz,
ildırımı hər dag bilməz,
səma duymaz,torpaq bilməz,
bu yollarda daş biləni,

kimi tapar,kimi dilər,
kimi sızlar,kimi gülər,
bilsə təkcə ürək bilər,
gözdə bilməz,yaş biləni
1980


Tahir Talibli

Mən belə olmazdım..
Səni məndən elədilər,
qəlbimə qor ələdilər
hisslərimi taladılar,
yoxsa mən belə olmazdım,

o alqışlar,bu qargışlar,
taleyimə,nə bagışlar?
quraqlıqda gur yagışlar,
yagsa,mən belə olmazdım

deyilməsə söz vaxtında
agrısına döz vaxtında
ildırımlar öz vaxtında,
çaxsa,mən belə olmazdım
1980

Tahir Talibli

M ə n yenə səni sevirəm


Həsrətin yasıdı gulən,
Omrumun qısıdı gələn
Kimin qargısıdı gorən
Mən yenə səni sevirəm

Sacımda dəni sevmirsən
Gozumdə çəni sevmirsən
Sən yenə məni sevmirsən
Mən yenə səni sevirəm

Kimə varsan, kimə yoxsan
Nə qədər sevgisən, haqsan
Nə qədər məndən uzaqsan
O qədər səni sevirəm
2002

Tahir Talibli

Yuxularda yurd


Gedəmmirəm,gələmmirəm,ay Allah,
nə ugrunda öləmmirəm ay Allah,
gennənsədə görəmmirəm ay Allah,
mən nə qədər yuxularda yurd görüm

heç bilmirəm azmı çoxmu günahın ,
yoxsa paksan,yoxsa yoxmu günahın,
olacaqlar olacaqmı günahın?
qoca dünya,günahını ört görüm

ayılmıram bu nə agır yuxudu,
bu qargışı ömrümə kim oxudu?
bu fələyin atdıgı yay oxudu,
qaldır görüm,tuşla görüm,dart görüm,

dərviş ruhlar yalquzaq tək ulayar,
yollar məni öz başına dolayar,
daglar gennən dinazını yollayar,
inanmıram,bunnan agır dərd görüm
1980

sponsorlu bağlantılar